Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidləri gənclərimiz üçün qəhrəmanlıq örnəyidir

20 yanvar 2013 | 11:00

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Şəhidlər abidə kompleksi qarşısında tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, gənclər birliyinin üzvləri və Ağdam Musiqi Texnikumunun tələbələri abidə kompleksi önünə gül-çiçək dəstələri düzmüş, şəhidlərin ruhuna dualar oxumuşlar. Gənclər birliyinin sədri Amil Cavadov və başqaları tədbirdə çıxış edərək Azərbaycan tarixinin azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qəhrəman oğullarımızın Vətənin azadlığını canlarından əziz tutmasından danışmış, faciəyə hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Çıxışlarda şəhidlərimizin gənclərimiz üçün bir qəhrəmanlıq örnəyi olduğu və 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi bildirilmişdir.

Keçidlər