Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur

25 dekabr 2017 | 11:00

Ağdamda 14 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur
Ağdam rayonunda Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. 29 min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə Prezidentin 2017-ci il 27 oktyabr tarixli Sərəncamı ilə dövlət büdcəsindən 5,4 milyon manat vəsait ayrılıb.
Tikintidə iş icraçısı bildirib ki, uzunluğu 25,3 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti işləri çərçivəsində eni 10 metr olan yol yatağı hazırlanıb. İki hərəkət zolaqlı yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Layihə çərçivəsində yola müxtəlif yerlərdə 18 ədəd dəmir suötürücü boru qoyulub.
Hazırda yola ikiqat olmaqla, 10 santimetr qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Artıq 10 kilometrdə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə 60-dan çox işçi, 40-dək texnika cəlb edilib. Yolun tikintisinin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.

Keçidlər