Ağdamda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı
Ağdamda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı
12 dekabr 2017-ci il tarixdə Ağdam rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir.
Səhər saatlarından başlayan anım mərasimində Ağdam rayon İcra hakimiyyətinin başçısı Raqub Məmmədov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblilər, ziyalılar, II Dünya və Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu öndər Heydər Əliyevin abidəsinin önünə təzə-tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər, ruhuna dualar oxumuşlar.
Anım mərasimdə iştirak edənlər Azərbaycan xalqının ümummilli liderini müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildirmişlər. Anım mərasimi axşam saatlarına kimi davam edəcəkdir.