Ön xəttə xidmət edən bir qrup əsgər Quzanlı qəsəbəsində olmuşdur
19 yanvar 2013 | 11:00
Cəbhə xəttində xidmət edən bir qrup əsgər Quzanlı qəsəbəsində olmuşdur. AzərTAc xəbər verir ki, əsgərlər əvvəlcə rayonun girişində “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, Soltanbud təpəsi üzərində inşa edilmiş Dövlət Bayrağı meydanından rayon ərazisini seyr etmişlər. Sonra əsgərlər Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin həyatı, fəaliyyəti və zəngin irsi ilə tanış olmuş, mədəniyyət evində Ağdamın işğaldan əvvəlki və sonrakı görüntüləri əks olunmuş “Qafqaz Xirosiması” filminə baxmışlar.