Ağdam Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd olunub
Ağdam Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə genuiş məruzə ilə çıxış edən rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirib ki, Azərbaycanda gedən inkişaf prosesləri təhsil sistemində də nəzərəçarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada uğurla həyata keçirilən təhsil islahatı pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoyub. Rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlər bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edirlər.
Qeyd olunub ki, rayon üzrə fəaliyyət göstərən məktəbləri bu il bitirən məzunların böyük əksəriyyəti ali məKtəblərə sənəd vermiş və onlardan 500 nəfərdən çoxu respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Onlardan da 109 nəfəri 500 baldan yuxarı, 38 nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişlər. Bütün bunlar ölkəmizdə və eləcədə Ağdam rayonunda təhsilə göstərilən qayğının nəticəsidir.
Digər çıxış edən təhsil işçiləridə müəllimləri peşə bayramları münasibətilə təbrik edib onlkara işlərində müvəfəqiyyətlər arzu ediblər.
Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını bildirib.
Təhsilin inkişafı və onun beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan natiq Ağdam rayonunda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açan Raqub Məmmədov son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədrisdə fərqlənən bir neçə qabaqcıl müəllimə fəxri fərman və qiymətli hədiyyələr verilib.