Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib

29 sentyabr 2017 | 11:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Sentyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Gömrük Komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsində ucaldılmış abidəsini ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda bölgədə yerləşən - Ağdam, Goranboy, Bərdə və Tərtər rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK-nın sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Keçidlər