Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Ağdamda geniş tikinti-quruculuq işləri aparılmışdır

08 yanvar 2013 | 11:00

Son illərdə Ağdam rayonunda aparılan geniş yenidənqurma və tikinti-abadlıq işləri 2012-ci ildə də davam etdirilmişdir.
AzərTAc xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Quzanlı qəsəbəsində inşa edilmiş uşaq xəstəxanası və doğum evi, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyası, “Aqroservis” kompleksi, 180 şagird yerlik Səfərli kənd tam orta məktəbinin binası, Birinci Dördyol qəsəbəsində “İctimai xeyir-şər evi”, Hacıturalı kəndində tibb məntəqəsi tikilərək istifadəyə verilmiş, rayonun girişində “Qala” parkı yaradılmışdır.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, 689 mənzilli qəsəbədə və Birinci Yüzbaşılı kəndində uşaq bağçaları, Alıbəyli, Çəmənli, Qaradağlı və Hacıturallı kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, Xındırıstan kəndində piyadaların hərəkəti üçün səki salınmışdır.
Quzanlı qəsəbəsində abadlıq işləri davam etdirilmiş, Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, şəlalə-bulaq kompleksi istifadəyə verilmiş, qəsəbənin küçələrinə asfalt salınmışdır. İşğaldan əvvəl Ağdam şəhərində mövcud olmuş Məşədi Abbas, Xudu Məmmədov, Füzuli, Mirzə Fətəli Axundov, Süleyman Sani Axundov küçələrinin adları Quzanlı qəsəbəsindəki küçələrə verilmişdir.
Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır. Hazırda telekommunikasiya qovşağının inzibati binasının və Xındırıstan kənd uşaq musiqi məktəbinin tikintisi davam etdirilir.
 

Keçidlər