Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Çimnaz xanım yuxudadır” tamaşası ilə açıb

22 sentyabr 2017 | 11:00

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşası ilə açıb.
Tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar Artisti Sərvər Əliyev, musiqi tərtibatı Azər Şükürovdur. Tamaşada rolları Aida Qasımova, Səbuhi Əhmədov, Afaq Əliyeva və Elgiz Mürşüdov ifa ediblər. Səhnə əsərində obrazların sayı az olsa da, yumor elementləri ilə zəngindir.
Əsər Çimnaz xanımın məhəllə qadınları ilə teatra getməsi üçün evində qurduğu oyundan bəhs edir. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar gələndə ona xanımın başı ağrıdığı üçün yatdığını desin. Qafar yataq otağına keçmək istəyəndə Nabat çox çalışır ki, o, xanımının teatra getdiyini bilməsin. Əsərin əsas ideyası və məzmunu ailədə sədaqəti və düzgünlüyü təbliğ etməkdir.
Tamaşa Ağdam ictimaiyyəti və teatrsevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Keçidlər