Şriftin ölçüsü :

Saytın rəngi :

Tələbə adını qazanan ağdamlı məzunlar mükafatlandırılıblar

07 sentyabr 2017 | 11:00

Bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 751-i qəbul imtahanlarında iştirak etmək üçün sənəd verib və onlardan 519-u tələbə adını qazanıb. Ağdamlı gənclərdən 71 nəfəri 500-600 arası, 36 nəfəri isə 600-dən çox bal toplayıb. Builki məzunlardan 15-i ali hərbi məktəblərə, 10-u isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Bu barədə Quzanlı qəsəbəsindəki mədəniyyət evində bu il respublikanın ali məktəblərinə qəbul olan ağdamlı gənclərlə keçirilən görüşdə məlumat verilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və Milli Məclisin deputatı Ağalar Vəliyev ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar, tələbə adını qazanan gəncləri təbrik ediblər.
Görüşdə çıxış edən gənclər müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Yüksək bal toplayan gənclərə pul mükafatı verilib.

Keçidlər