Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda bayram şənliyi keçirilmişdir

01 yanvar 2013 | 11:00

Ağdam rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir. AzərTAc xəbər verir ki, bayramsayağı bəzədilmiş Quzanlı Olimpiya İdman Kompleksində keçirilən ümumrayon şənliyində çıxış edənlər əlamətdar gün münasibətilə ağdamlıları təbrik etmiş, növbəti bayramların işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsini arzulamışlar.
Şaxta baba və Qar qızın şənliyə gəlişi uşaqların böyük sevincinə səbəb olmuşdur. Bayram şənliyində rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivlərinin, “Şur” ansamblının, rayon uşaq bağçaları və orta məktəblərinin kollektivlərinin rəngarəng çıxışları, göstərilən səhnəciklər, ifa olunan şən mahnılar tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Tədbirdə uşaqlara bayram hədiyyələri verilmişdir.
 

Keçidlər