Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda Müqəddəs Qurban bayramı münasibətilə ehtiyacı olan ailələrə bayram payı verilmişdir

02 sentyabr 2017 | 11:00

Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur.
Qurban Bayramı ilə əlaqədar Ağdam rayonunda yaşayan şəhid ailələri,  Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları verilmişdir.

Keçidlər