Ağdam rayonunda Pambıq yığımına həsr olunmuş müşavirə keçirilib
Ağdam rayon İcra Hakimiyyətində rayonda əkilən pambığın yığımqabağı məhsuldarlığın təyin etmək və yığımın təşkilini müəyyənləşdirməm məqsədilə müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinion başçısı cənab Raqub Məmmədov, İnzibati Ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr, pambıq əkinini həyata keçirən müəssisə rəhbərləri və yerli fermerlər iştirak edirdilər. Çıxış edənlər pambığın yığımına az müddət qalmasını nəzərə alaraq qarşıda duran bir sıra məsələlərin həllini müəyyənləşdirmək və yığımın hansı formada həyata keçirilməsini təyin etməyin vacibliyini vurğulayıblar. Bütün bunları nəzərə alan rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov aidiyyəti şəxslərin iştirakı ilə komissiya təşkil etməyi və bu komissiya tərəfindən bütün bu qeyd edilənlərin müəyyənləşdirilməli olduğunu bildirdi.