Ağdamlı gənclər hər zaman ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutacaqlar
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarətə gəlmiş Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov AzərTAc-a müsahibəsində demişdir ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat təcrübəsi gənclər üçün örnəkdir.
“Ulu öndər daim gənclərə diqqət və qayğı göstərmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursu, o cümlədən dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ağdamlı gənclər hər zaman ulu öndərin xatirəsini əziz tutacaq, dövlətimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin inkişafı üçün həyata keçirilən işlərdə yaxından iştirak edəcəkdir”.