Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlılar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər

13 dekabr 2012 | 11:00

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılmışdır. Dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, əmək kollektivləri, ağsaqqallar, gənclər dahi şəxsiyyətin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Ağdamlılar xalqımızın əbədiyaşar lideri Heydər Əliyevə sonsuz sevgi və ehtiramlarını bildirərək, müqəddəs ruhu qarşısında baş əymiş, Ulu Tanrıdan ona rəhmət diləmişlər. Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuş, sənədli filmə tamaşa etmişlər.

Keçidlər