Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində yaşayan uşaqlara bayram sevinci bəxş edilib

01 iyun 2017 | 11:00

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Ağdam rayonunda fəaliyyət göstərən uşaq bağçalarında da qeyd olunub.
Rayonun cəbhə xəttində yerləşən uşaq bağçalarında keçirilən tədbirlərdə uşaqlara bayram sevinci bəxş edilib. Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova və digərləri uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.
Tədbirdə uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyub, səhnəcik göstərib, rəqs ediblər.

Keçidlər