Ulu öndərin ideyaları hər zaman bizimlədir
Ağdam rayon təşkilatında ümummilli lider Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, təşkilatın Gənclər Birliyinin üzvləri əvvəlcə Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasi xadim Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmişlər. YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Heydər Əliyev misilsiz xidmətləri ilə xalqının məhəbbətini qazanmış, onun yaddaşına əbədi həkk olunmuşdur. Ulu öndərin ideyaları hər zaman bizimlədir.
Sonda ümummilli liderin şərəfli həyat yolundan və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.