Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir

16 mart 2017 | 11:00

Martın 16-da xalqımızın ən qədim bayramlarından biri olan Novruz bayramı münasibətilə  Ağdam rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissədə Respublika Hərbi Prokurorluğu Ağdam rayon İcra Hakimiyyəti ilə birlikdə mədəni-kütləvi tədbir keçirmişdir. Tədbirdə Respublika Hərbi Prokurorluğunun əməkdaşları, Ağdam rayonu üzrə idarə, müəssisə rəhbərləri və İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər. Çıxış edənlər ölkə rəhbərliyinin və sadə vətəndaşların əsgərlərimizə olan inamından söz açaraq işğal altında olan torpaqlarımızın azad olunmasını məhz onlardan gözlədiklərin bildirmişlər. Qonaqlar bayram münasibətilə apardıqları sovqatları əsgərlərə paylamış və onlara  musiqi proqramı nümayiş olunmuşdur.

Keçidlər