Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in monitorinq qrupunun üzvləri Ağdamın cəbhəboyu yaşayış məntəqələrindəki vəziyyət barədə məlumatlandırılıb

01 mart 2017 | 11:00

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq martın 1-də Ağdam rayonunda olublar.
Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Ermənistan qoşunlarının yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində yaranan problemlər və cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlamaqla, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına maneçilik törətməyə cəhd göstərirlər.
Qeyd olunub ki, düşmənin yaşayış məntəqələrimizi mütəmadi atəşə tutması səbəbindən yaranan çətinliklərə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları və təsərrüfat işləri ilə məşğul olurlar.
Monitorinq qrupunun üzvləri səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıqlarını bildiriblər

Keçidlər