Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda 249 nəfərin məşğulluğu təmin edilmişdir

12 dekabr 2012 | 11:00

Ağdam rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Rayon Məşğulluq Mərkəzindən AzərTAc-a bildirmişlər ki, cari ilin on bir ayında mərkəzə müraciət edən 522 nəfər iş axtarandan 249-u idarə, müəssisə və təşkilatlarda işlə təmin edilmişdir. Bu dövrdə 40 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 20 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, 56 nəfərə işsiz statusu verilərək müavinət ödənilmişdir.
Sentyabrın 12-də əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 81 nəfər işaxtaran vətəndaşa göndəriş verilmiş, onlardan 77-si işlə təmin olunmuşdur.
 

Keçidlər