Ağdamda Narkamaniyaya yox deyek adlı marifləndirici tədbir keçirilib
17 yanvar 2017 | 11:00
16 yanvar 2017-ci ldə Ağdam rayon Polis Şöbəsinin və Ağdam rayon İcra Hakimiyyətinin, birgə təşəbbüsü və təşkilatçılığı ilə Yeni Quzanlı köçkün qəsəbəsi 18 saylı köçkün tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda marifləndirici tədbir keçirilib. Tədbirdə rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov və rayon polis şöbəsinin əməkdaşları, Ağdam rayon İcra hakimiyyəti Hüquq Şöbəsinin müdiri Tahir Abbasov, rayon təhsil şöbəsinin, rayon səhiyyə şöbəsinin işçiləri, müəllim və şagirdlər iştirak ediblər. Çıxış edənlər Narkamaniyanın insan həyatına olan zərərindən, onun yayılmasının qarşısının alınmasından danışıblar.