Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda “Sağlam həyat uğrunda” devizi ilə humanitar aksiya keçirilmişdir

10 dekabr 2012 | 11:00

Dekabrın 1-dən Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi ilə keçirilən aylıq çərçivəsində Azərbaycan Elmi-Tədqiqat Pediatriya İnstitutunun aparıcı mütəxəssisləri Ağdam rayonunda tibbi müayinə keçirmişlər. AzərTAc xəbər verir ki, Quzanlı qəsəbəsindəki uşaq xəstəxanasında 2 gün davam edən humanitar aksiya zamanı professor Nəsib Quliyevin rəhbərlik etdiyi həkim briqadası tərəfindən 130-dək uşaq müayinədən keçirilmişdir. Uşaqlar müayinə zamanı aşkar edilən xəstəliklərlə bağlı stasionar və ambulator müalicəyə cəlb olunmuşlar.

Keçidlər