Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib

12 dekabr 2016 | 11:00

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində olan Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
Dekabrın 12-də Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Ağdamlılar dahi şəxsiyyətin abidəsini ziyarət edərək, önünə əklil və gül dəstələri düzüblər. Mərasimə gələnlər dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Tanrıdan ona rəhmət diləyiblər. Bildirilib ki, on üç il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi ağdamlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək. Tədbir daha sonra Ağdam Dövlət Dram Teatrında bəddi hissənin nümayişi ilə davam etdirilib.

Keçidlər