Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələrinin ilk toplantısı keçirildi.

05 dekabr 2016 | 11:00

05 dekabr 2016-cı ildə Ağdam rayonu Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzində Ölkə Prezidenti İlham Əliyev  Cənablarını və Birinci xanım Mehriban Əliyevanın 03 dekabr 2016-cı ildə Ağdam rayonuna səfəri və bu səfərin nəticələrinin, verilən tapşırıqların yerinə yetirilməsi, müzakirəsi məqsədilə rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirildi. İclasda ilk çıxış edən rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov bütün görülən işlər və qazanılan yüksək nəticə münasibətilə bütün ictimaiyyətə öz dərin təşəkkürünü bildirdi. Qeyd etdi, ölkə prezidenti cənab İlham Əliyev bütün görülən işlərdən tam razi qalıb və bela işlərin daha da genişləndirilməsi üçün tapşırıqlar verib. Digər çıxış edənlər bütün bu işlərin, qazanılan uğurların başında məhz ölkə rəhbəri və rayon iCra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov olduğunu bildirmişlər. Tədbirin yekununda görülən işlərdə daha yaxından iştirak edən və daha çox əməyi olan İcra Hakimiyyəti Başçısının birinci müavini Zülfü Qasımov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Abduləli Mehdiyev və Kommunal Müəssisələr Kombinatının müdiri Fəzail Mehdiyev rayon İcra Hakimiyyətinin başçısının fəxri fərmanı və pul müküfatı ilə mükafatlandırılmışlar.

Keçidlər