Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi Ağdam rayonunda olmuşdur

07 dekabr 2012 | 11:00

Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi Ağdam rayonunda olmuşdur. AzərTAc xəbər verir ki, gənclər əvvəlcə rayonun girişində “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, Soltanbud təpəsində inşa edilmiş Dövlət Bayrağı meydanından rayonu seyr etmişlər. Tələbələr “Qala” parkında, Xındırıstan kəndindəki uşaq bağçasında, Prezident İlham Əliyevin Sərəncamı ilə inşa edilmiş uşaq xəstəxanası və doğum evində olmuşlar. Sonra “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir. Gənclər gətirdikləri sovqatı onlara paylamışlar. Tələbələr 689 evdən ibarət məcburi köçkün qəsəbəsinə gələrək, müharibə əlili Fəxrəddin Rəhimovun mənzilinə baş çəkmiş, ailənin şəraiti ilə tanış olmuşlar. Ağdam Dövlət Dram Teatrında keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov gənclərə rayon haqqında geniş məlumat vermiş, dövlətimizin başçısının diqqət və qayğısı ilə son illərdə aparılan geniş tikinti-quruculuq işlərindən, sosial-iqtisadi inkişafdan danışmışdır. Gənclər cəbhə bölgəsi olan Ağdam rayonunda gördüklərindən məmnun qaldıqlarını bildirmişlər.

Keçidlər