Ağdamda Dini radikalizmlə mübarizədə Dini İcmaların fəaliyyətinin təşkili mövzusunda seminar keçirilib
Ağdam Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə Dini İcmaların fəaliyyətinin təşkili " mövzusunda maarifləndirici seminar keçirilib.
Ağdam Rayon Musiqi Kollecinin akt zalında keçirilən seminarda rayon icra hakimiyyəti başçısı Raqub Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran və rayon ictimaiyyətini nümayəndələri, dini İcmalar iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Dini radikalizmlə mübarizədə Dini İcmaların fəaliyyətinin təşkili bu gün ən ündə, bəşəriyyət üçün lazımı işə çevrilməkdədir. Müəyyən siyasi məqsədlər üçün hesablanan dini meyillərin ən qorxulu məqamı isə yeniyetmə və gənclərin bu proseslərə alət kimi cəlb olunmalarıdır. Bu baxımdan yeniyetmə və gənclərin məlumatsızlıq və yanlış yönləndirilmələrinə qarşı maarifləndirmə işlərinin təşkili xüsusi önəm kəsb edir.
Seminarda çıxış edənlər zərərli, qeyri-ənənəvi, radikal dini cərəyan və təriqətlərin təbliğat metodları və məqsədləri haqqında ətraflı məlumat verib. Bunlarla mübarizədə Dini İcmaların fəaliyyətinin daha da lazımi formada təşkilinə diqqət yetirilməlidir.