Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda Milli Qəhrəmanın adını daşıyan bulağın və subartezian quyusunun açılışı olub

08 oktyabr 2016 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan subartezian quyusunun və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adını daşıyan bulağın açılışı olub.
Rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov və digərləri “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin Ağdam rayonunda həyata keçirdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Milli Məclisin deputatı Flora Qasımova həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xatirəsinə göstərilən ehtirama görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova və İctimai Birliyinin rəhbərliyinə təşəkkür edib.
Tədbirdə bildirilib ki, İctimai Birlik tərəfindən rayonun kəndlərində subartezian quyularının qazılması, bulaqların tikilməsi və digər bu kimi sosial tədbirlər davam etdiriləcək.

Keçidlər