Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda pambıqçılıqla məşğul olan fermer və sahibkarların təklifləri dinlənilib

27 avqust 2016 | 11:00

Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıqçılığın inkişafına həsr olunan ümumrayon müşavirəsi keçirilib.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, sahibkarların, kənd təsərrüfatı məhsulları istehsalçılarının iştirak etdiyi toplantıda rayonda aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı ilə bağlı görülən işlərdən danışılıb, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayonda pambıqçılığın dirçəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülüb. Bu il 551 hektar sahədə pambıq əkilib. Gələn il 3000 hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görülür.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarların fikir və təklifləri dinlənilib.

Keçidlər