Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kənd tam orta məktəbinin binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir

23 noyabr 2012 | 11:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümündə Ağdam rayonunun cəbhə xəttində yerləşən Qaradağlı kəndində əsaslı təmir olunmuş 380 yerlik məktəb binası istifadəyə verilmişdir. AzərTAc xəbər verir ki, bu münasibətlə rayon rəhbərliyi, ictimaiyyət, təhsil işçiləri, valideyn və kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Çıxış edənlər müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışmışlar. Tədbirdə söz alan pedaqoji kollektivin və kənd ictimaiyyətinin nümayəndələri təhsil ocağının əsaslı təmir olunaraq istifadəyə verilməsinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmiş, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər. Mərasimdə məktəblilərin ifasında musiqili ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq əsaslı təmir olunmuş məktəb binasında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, istilik sistemi yaradılmış, məktəb lazımi inventar və avadanlıqla təmin olunmuşdur.
 

Keçidlər