Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyun 2016 | 11:00

İyunun 23-də Ağdam rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının peşə bayramına həsr olunan tədbir keçirilib.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov tədbiri açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycanda çevik dövlət qulluğu sistemi formalaşıb. Raqub Məmmədov ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. O, Ulu Öndərin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması ilə bağlı hələ ötən əsrin 70-80-ci illərində gördüyü işlərdən, eləcə də müstəqil Azərbaycanda müasir dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı, bu sahədə hüquqi bazanın yaradılması sahəsində mühüm tarixi xidmətlərindən söz açıb. Dövlət qulluqçularının peşə bayramının Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edildiyini diqqətə çatdıran rektor respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edildiyini xatırladıb.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov davamlı inkişafın idarə edilməsi sahəsində Azərbaycanın qazandığı nailiyyətlərin yüksək olduğunu qeyd edib. Bütün bunlar dövlət idarəetməsinin uğurlarıdır.
Ağdam rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Zülfü Qasımov Azərbaycanda dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması, dövlət qulluğunun təkmilləşdirilməsi, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində görülən işlərdən danışıb. O, ölkəmizdə və o cümlədən Ağdam rayonunda  dövlət qulluqçularının peşəkarlığının artırılması məsələsinin daim diqqət mərkəzində saxlanıldığını söyləyib.
Tədbirin sonunda dövlət qulluğunda fərqləndiklərinə görə bir neçə nəfər Ağdam rayon İcra Hakimiyyətinin fəxri fərmanları, pul mükafatları ilə təltif ediliblər.

Keçidlər