Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

17 iyun 2016 | 11:00

Quzanlı qəsəbəsində 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini Ağa Zeynalov açıb, 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonun səhiyyə işçilərini təbrik edib. Ağa Zeynalov qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə bu gün peşə bayramı kimi qeyd olunur.
Ağa Zeynalov bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi Ağdam rayonunda da müasir standartlara cavab verən Xəstəxana tikilib, müasir avadanlıqlar alınıb, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün şərait yaradılıb.
Tədbirdə Ağdam MRX-nın baş həkiminin müavini Qara Qasımov və digərləri çıxış edərək respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından danışıb, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.
Sonda işində fərqlənən bir qrup səhiyyə işçisinə rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələri verilib

Keçidlər