Ağdam rayonunun ümumtəhsil məktəblərində son zəng mərasimləri keçirilib
Ağdam rayonunun ümumtəhsil müəssisələrində 2015-2016-cı dərs ilinin yekunu olan son zəng mərasimləri keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov, Hüquq Mühafizə orqanlarını rəhbərləri, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların, yerli icra orqanlarının nümayəndələri, valideynlər son zəng mərasimlərində iştirak edərək, məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Mərasimlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb.
Çıxış edən məzunlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, doğma məktəblərinin şərəfini daim uca tutacaqlarını söyləyiblər.
Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr veriblər. Təqdim olunan müxtəlif kompozisiyalar, musiqili-bədii proqramlar iştirakçılarda xoş və kövrək anlar yaradıb.
Qeyd edək ki, 2015-2016-cı tədris ilində rayonun 134 ümumtəhsil müəssisəsinin IX siniflərini 1674, XI siniflərini isə 1325 şagird bitirib.