Aprel müharibəsi zamanı ermənilər tərəfindən dağıdılan evlərin bərpası işləri aparılır
09 iyun 2016 | 11:00
Aprel ayı ərzində ermənistan Azərbaycan qoşunlarının təmas xəttində ermənilərin təxribatı nəticəsində dinc əhalin yaşadığı cəbhəyanı kəndlərdə yüzlərlə evə ziyan dəymişdir. Onlardan 50 ev daha ciddi zərər çəkmiş, 8 ev tamamilə dağıdılmışdır. Ölkə prezidenti cənab ilham Əliyevin ayırdığı vəsait hesabına qısa zamanda bu dağıdılan evlərdə təmir tikinti işləri başlanılmış və sürətlə davam etdirilir. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov cəbhəyanı kəndlərdə tikintinin gedişi ilə mütəmadi olaraq tanış olur, bərpa və yenidən tikilən evlərə baxış keçirir.