Şriftin ölçüsü :

Saytın rəngi :

“Fitnə” sənədli filmi Ağdamda nümayiş olunub

06 iyun 2016 | 11:00

Ağdam Dövlət Sosial-İqtisadi Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Fitnə” filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın əməkdaşları, kollecin müəllim və tələbələri, rayon dindarları və ziyalılar iştirak ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev çıxışında dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin radikalizmə qarşı mübarizədə önəmli təsir gücünə malik olduğunu bildirib.
Sonra “Fitnə” sənədli filminə baxış olub. Filmin nümayişindən sonra çıxış edənlər ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirib, onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildiriblər.

Keçidlər