Ağdamda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir
Dünyanın hər yerində olduğu kimi Ağdam rayonundada 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarında qeyd edilir. Bayram münasibətilə uşaqlar ulu Öndər Heydər Əliyevin abidəsi önünə və Heydər Əliyev Mərkəzinə gətirilərək Ümummilli Liderin uşaqların işıqlı gələcəyi üçün gördüyü işlər haqqında onlara məlumat aşılanıb. Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb . Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda uşaqlara Dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Uşaq bağçalarında xüsusi şərait yaradılır, uşaqların inkişafı üçün xüsusi proqramlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur.