Ağdam rayonunda Elektrik təsərrüfatında təmir işləri aparılır
27 may 2016 | 11:00
Azərişıq ASC-nin İnkişaf İnvistitsiya Departamentinin drektoru Toğrul Rəhimov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovla Ağdamın cəbhəyanı kəndlərində olmuş, döyüşlər zamanı düşmənin atdığı artileriya mərmilərindən zərər çəkmiş 35/10 kv-luq Qaradağlı yarımstansiyasına baxış keçirmişlər. Qərara alınmışdır ki, Yaxın zamanda bu yarımstansıyanın yenidənqurulması üçün lazımı işlər həyata keçiriləcək.