Cəbhə xəttində monitorinq başlayıb
19 may 2016 | 11:00
ATƏT-in Minsk qrupunun həmsədrlərinin səhra köməkçilərinin iştirakı ilə Ağdam rayonunun Şurabad kəndi istiqamətində qoşunların təmas xəttində monitorinq keçirilib.
Monitorinqdə iştirak edən nümayəndə heyəti öncə Ağdamın Quzanlı qəsəbəsinə gələrək Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovla görüş keçiriblər.