Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Nazirin müavini Ağdamda gedən tikinti-quruculuq, abadlıq işləri ilə tanış olub

18 may 2016 | 11:00

Baş nazirin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdam rayonuna səfər edib. Ağdama gələn komitə sədri rayonda gedən tikinti işləri ilə tanış olub. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov qonağa aparılan quruculuq və abadlıq işləri barədə geniş məlumat verib. İcra Hakimiyyətinin başçısı Əli Həsənova tikintisi başa çatmaqda olan, son tamamlama işləri aparılan Heydər Əliyev Mərkəzi barədə məlumat verib. Komitə sədri bütün bu görülən işləri müsbət qiymətləndirib və düşmənlə bir addımlıqda olan bir ərazidə gedən bucür yenidənqurma işlərinin insanlarda yüksək əhval ruhiyyənin göstəricisi kimi dəyərləndirib.

Keçidlər