Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi Ağdamda qeyd edilib

10 may 2016 | 11:00

10 may 2016-cı il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Ağdam rayonunda Quzanlı qəsəbəsindəki abidəsi önündə gülqoyma mərasimi ilə başlayıb. İdarə, müəssisə və təşkilatların əməkdaşlarının, kollec tələbələrinin, orta məktəb şagirdlərinin iştirak etdiyi gülqoyma mərasimindən sonra rayon ərazisində bir çox yerlərdə Heydər Əliyev prospekti boyunca olan ərazidə, Bayraq Meydanında, Heydər Əliyev Parkında və digər yerlərdə bu münasibətlə ağac əkmə kampaniyası keçirilib. Ümumilikdə 4600 ədəd müxtəlif növ yaşıl ağac növlərinin əkilməsi nəzərdə tutulub. Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədovunda iştirak etdiyi ağacəkmə kampaniyası günün sonunadək dava etdiriləcək. Onuda qeyd edək ki, bela bir təşəbbüs bütün iştirakçılar tərəfindən maraqla qarşılanıb və rayon ictimaiyyətinin nümayəndələri həvəslə kompaniyada iştirak edirlər.

Keçidlər