Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə qazanacaq

09 may 2016 | 11:00

Ağdam rayonunun Əhmədağalı kəndində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra açılışı olub.
Rayon ictimaiyyətinin nümayəndələri, veteranlar abidə kompleksinin önünə gül dəstələri düzüb, müharibədə həlak olan həmvətənlərimizin xatirəsini ehtiramla yad ediblər. Burada keçirilən mərasimdə çıxış edənlər İkinci Dünya müharibəsi, azərbaycanlıların müharibədə iştirakı, ön və arxa cəbhələrdə göstərdiyi misilsiz rəşadətdən, faşizm üzərində Qələbənin qazanılmasında rolundan danışıblar. Bildirilib ki, Böyük Vətən müharibəsində 7361 nəfər ağdamlı alman faşizminə qarşı igidliklə döyüşüb, onlardan 3686 nəfəri həlak olub.
Çıxışlarda əminliklə bildirilib ki, 1945-ci ildə alman faşizmi üzərində Qələbənin qazanılmasında böyük rolu olmuş Azərbaycan xalqı tezliklə erməni faşizmi üzərində də qələbə çalacaq.
Böyük Vətən müharibəsi veteranlarına hədiyyələr verilib. Müharibə veteranları çıxış edərək, onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mərasimdən sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədovun rəhbərliyi ilə tədbirə gələ bilməyən müharibə veteranlarının evlərinə baş çəkilib. Onların bayramını təbrik ediblər.

Keçidlər