Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Ağdamda mini futbol yarışı keçirilib
04-06 may 2016-ci il tarixdə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Ağdam Olimpiya İdman Kompleksində keçirilən mini futbol yarışının bağlanış mərasimi olub.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Zülfü Qasımov, YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Elnur Əhmədov və rayon ictimayyətinin nümayənləri, gənclər iştirak etmişdir.
Yarışda rayonun müxtəlif idarə, müəsissə və təşkilatrları, həmçinin kənd və qəsəbə komandaları iştirak edib.
Mini futbol yarışında birinci yerə Quzanlı köçkün qəsəbə komandası, ikinci yerə Dördyol qəsəbə komandası və üçüncü yerə isə Ağdam Sosial İqtisad Kolleci komandası çıxmışdır.
İlk üç yeri tutan omandalara müvafiq olaraq kubok, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.