Ağdamda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə YAP Gənclər Birliyi tərəfindən dəyirmi masa təşkil edilib
03 may 2016-cı il tarixdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin “Heydər Əliyev Mərkəzi”-də Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə dəyirmi masa təşkil etmişdi. Tədbirdə YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin üzvüləri, fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev Ulu Öndər Heydər Əliyevin həyat və faliyyəti barədə iştirakçılara ətraflı məlumat verərək bildirdi ki, Ümummilli Liderimizin 1993- cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafında yeni mərhələ başladı və həm sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib.
1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Hakimiyyətə bir xilaskar kimi gələn Heydər Əliyev 1993-cü il oktyabrın 3-də xalqın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu Öndər gələcəyə böyük bir inamla fəaliyyətə başladı. Elə ilk günlərdən Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün ciddi tədbirlər gördü. İlk növbədə hakimiyyət böhranını aradan qaldırmağa , xalqın inamını bərpa etməyə nail oldu. Daxili və xarici düşmənlərdən dəstək alan cinayətkar dəstələr tərki-silah edildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Xalqına arxalanan, ömrünü onun çiçəklənməsinə həsr edən Heydər Əliyevin cəsarətli və müdrik siyasəti nəticəsində milli müstəqilliyimiz əleyhinə yönəlmiş bir çox təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
Bu gün Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu bir həqiqətdir ki, Azərbaycan dinamik inkişaf yolundadır. Ölkənin hər yerində mərkəzdə və bölgələrdə tərəqqi və inkişaf qabarıqlığı ilə görünməkdədir.
İsgəndər Quliyev qeyd etdiki, dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğrları geniş şərh olunur və ictimaiyyətə çatdırılır. Bu gün dünyanın ən aparıcı nüfuzlu dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəsdəkləyir. Eyni zamanda ölkəmizin haqq səsi bütün dünya dövlətləri tərəfindən dəsdəklənir.
Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyəti dövründə həmişə gənclərə böyük diqqət və qayğı gösdərmişdir və bu gündə Heydər Əliyevin “Gənclər Siyasəti” uğurla davam etdirilir.
Tədbirin sonunda tədbir iştirakçılarına Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video-rolik təqdim olundu.