Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamda dağıntı və insan tələfatı olub

28 aprel 2016 | 11:00

2016-cı il aprelin 27-dən 28-nə  keçən gecə ermənilərin atəşkəsi pozması  nəticəsində ermənilər Ağdamın Əfətli, Çəmənli, Qaradağlı, Zəngişalı kəndlərini intensiv artilleriya atəşinə tutmuşdur. Nəticədə Çəmənli kənd sakini olan 1 dinc sakin ölmüşdür. Digər kəndlər də daxil olmaqla 7 nəfər dinc sakin yaralanmışdır. Bundan başqa ilkin məlumatlara görə 76 yaşayış evinə ziyan dəymiş, 12 ev tamamilə dağılmış, 1 ev isə yanmışdır. 11 baş iribuynuzlu mal-qara tələf olmuşdur. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov və rayonun Hüquq Mühafizə orqanlarının rəhbərləri ziyan dəymiş kəndlərdə olmuş, dağınlmış evlərlə yerində taniş olaraq əhali ilə görüşüb söbtələşmişdir. Bundan başqa həlak olan Çəmənli kənd sakinin dəfn mərasimində iştirak etmişdir.

Keçidlər