Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunda pambıq əkini sürətlə aparılır

22 aprel 2016 | 11:00

Ağdam rayonunda pambıq əkini sürətlə davam etdirilir. Rayon sakinlərinin müvafiq təcrübəsi və peşəkarlığı, bölgədə mövcud pambıq emalı zavodlarının potensialı bu sahənin inkişafına imkan yaradır. Odur ki, Ağdam rayonu üzrə bu il 1036 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Bunun üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb. İndiyədək 519 hektar sahədə şum aparılıb, 330 hektarda çiyid səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Qeyd edək ki, rayonda pambıq və kənd təsərrüfatı bitkilərin istehsalının artırılması istiqamətində işlər davam etdirilir.

Keçidlər