Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdamlılar şəhidlərini ehtiramla andı

21 aprel 2016 | 11:00

Aprelin 2-5 tarixlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısını alarkən gedən döyüşlərdə qəhramancasına həlak olan Azərbaycan ordusunun şəhid zabiti, Raqub İbrahim oğlu Orucovun və əsgər, Sərvər Natiq oğlu Mehrəliyevin anım tədbiri keçirilib. Ağdam rayon ictimayyətinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının habelə Ağdam sakinlərinin iştirak etdiyi mərasim şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Ağdam rayonunun girişindəki şəhidlər abidə kompleksində keçirilən mərasimdə çıxış edənlər, hadisələr zamanı  Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbələrdən və igid Azərbaycan hərbiçilərinin doyüş meydanında göstərdikləri qəhramanlıqdan geniş söhbətlər açıblar. Çıxışlarda Azərbaycan xalqının ölkə rəhbərinin ətrafında sıx birləşmələri və hər an döyüşə hazır olduqları vurğulanıb.

Daha sonra hər iki şəhidin ruhuna dualar oxunaraq Ağdam “Seyid Lazım Ağa” ziyarətgahında ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, iki hissəli tədbirdə Ağdamlı şahidlərin qohumları, ailə üzvləri və onların döyüş yoldaşları  iştirak ediblər.

Keçidlər