Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın 20 illiyinə həsr edilən konsert proqramı keçirilib

13 noyabr 2012 | 11:00

Azərbaycan Dövlət Filarmoniyasında YAP-ın 20 illiyinə həsr edilən konsert proqramı keçirilib. SİA-nın məlumatına görə konsert proqramında YAP-dan bir sıra fəxri qonaqlar, o cümlədən YAP-ın sədr müavinİ, icra katibi Əli Əhmədov iştirak edirdi.
Konsertdə çıxış edən "Şur" ansamblı Azərbaycan musiqi və muğamlarını ifa ediblər. Qeyd edək ki, bu ansambl öz fəaliyyətini neçə illərdir ki, dayandırmışdı. Heydər Əliyev Fondunun rəhbəri, Azərbayacanın birinci xanımı Mehriban Əliyevanın muğama göstərdiyi diqqət və qayğı sayəsində bu ansambl ikinci həyatını yaşayır. Tamaşaçılar da bunun canlı şahidi oldular. "Şur" ansamblı "Əziz dost" "Rast" muğamı "Sarı gəlin" "Şur təsnifi" "Qarabağ şikəstəsi" kimi mahnı və muğamları mükəməl şəkildə ifa ediblər.
YAP-ın sədr müavini "Şur" ansamblının bu gecə yenidən öz məharətlərini nümayiş etdirdiyini bildirib: "Bizim hər birimiz bu gecədən mənəvi zövq aldıq. Bir yandan qədim Aərbaycan mədəniyyətini yaşadıb bu gününüzə qədər gətirib çatdırırlar, digər yandan da bu musiqilər Azərbaycan xalqının zəngin dünyasını əsk etdirir. Bundan daha vacibi isə ondan ibarətdir ki, Azərbaycan musiqisi xalqımızın iradə və qətiyyətini nümayiş etdirir. Əminəm ki, bu musqilərin sədaları altında biz torpaqlarımızı azad edəcəyik. Torpaqlarımıza qayıdandan sonra bu musiqilər daha əzəmətli səsələnəcək".
YAP GB-nın sədri Seymur Orucov bu gecənin tamaşaçılarda xoş təəsurat oyatdığını deyib. O, vurğulayıb ki, mədəniyyətimizin bu qədər zəngin olması onu və gəncləri çox sevindirir.
 

Keçidlər