Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı sahəsində mövcud vəziyyət təhlil edildi

14 aprel 2016 | 11:00

14 aprel 2016-cı ildə Ağdam rayon İcra Hakimiyyətində aidiyyəti idarə müəssisələrin, ərazi nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə kənd təsərrüfatı sahəsində görülən işlər və gələcəkdə nəzərdə tutulan tədbirlərlə bağlı iclas keçirildi. İclasda rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov görüləcək işlər barədə danışaraq, rayonun bir sıra kəndlərinin cəbhəyanı ərazilərdə yeləşməsinin çətinliklərinə baxmayaraq nəzərdə tutulan işlərin tam sürətilə aparılmalı olduğunu bildirmişdir. Qeyd etmişdir ki, hazırda respublikanın hər yerində olduğu kimi Ağdam rayonundada kənt təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət göstərilir və görülən işlər dövlət tərəfindən dəstəklənir. Digər çıxış edənlər bu günə kimi gördükləri və gəlcəkdə görəcəkləri işlər barədə məlumat vermişlər. Həmçinin yaranan bəzi çətinlikləridə qeyd etmişlər.
Qeyd edək ki, bu il ərzində Ağdam rayonunda 1036 ha sahədə pambıq əkini nəzərdə tutulub. Bunun üçün müəyyən şəxslərlə müqavilələır bağlanıb və pambıq əkininə hazırlıq tam gücü ilə aparılır.

Keçidlər