Hazırda təmas xəttinə yaxın rayon olan Ağdamda vəziyyət nisbi sakitdir.
Düşmənin ağır artilleriya atəşinə tutması nəticəsində rayonda qismən dağıdılan evlərin təmir-bərpa işlərinə başlanılıb. Hal hazırda Sarıcalı kənd 261 yerlik tam orta məktəbdə təmir işlərinə başlanılıb. Buna baxmayaraq məktəbin bir hissəsində iki növbəli olaraq dərslər keçirilir. Ağdam rayonu ərazisində Tam yanmış 5 ev var ki, bu evlərin bünövrədən tam bərpa edilməsi üçün hazırlıq işləri gedir.
Ağdamda hadisə nəticəsində dağıdılan və zərər çəkən binaların 72-si fərdi yaşayış evi 3-ü isə ictimai obyektdir.
- tam yandırılan evlərin sayı - 5
- tam dağıdılan evlərin sayı - 30
- atəş zərbəsindən zərər çəkən evlərin sayı – 37
-İctimai binaların sayı - 3
Bundan başqa, rayon ərazisində bir orta məktəb, bir uşaq bağçası, bir kənd icra nümayəndəliyi, bir məscid dağıdılıb, rayonun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyası ziyan çəkib. Əhmədağalı kəndində 250 kv saatlıq transvarmator, Sarıcalı kəndində 100 kv saatlıq transvarmator, Qaradağlı kəndində 4 Mv saatlıq transvarmator, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi tamamilə sıradan çıxıb. Bütün bu zərərə baxmayaraq “Azərişıq” ASC Aran Regional Elektrik Satış İdarəsi tərəfindən qısa zamanda bu problemlər həlli üçün 3 ədəd yeni transvarmator, 5 ton Transvarmator yağı, 2000 metr elektrik naqili, 200 metr SİP kabel, 30 ədəd işıq dirəyi veriımiş, nasazlıqlar tam aradan qaldırılmışdır. Bundan başqa üçgünlük müharibə dövründə rayonun 1 dinc sakini həlak olmuş, 8 mülki şəxs yaralanmışdır.