Şriftin ölçüsü :

Saytın rəngi :

29 sentyabr 2023-cü il tarixdə Ağdamda prokurorluq işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

29 sentyabr 2023 | 15:36

29 sentyabr 2023-cü il tarixdə Ağdam rayonunda 1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu İşçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə gül dəstələri düzmüşlər.

Keçidlər