Millət vəkili Qənirə Paşayeva cəbhə bölgəsində sakinlərlə görüşüb.
09 aprel 2016 | 11:00
Millət Vəkili Qənirə Paşayeva cəbhə bölgəsi olan Ağdam rayonunda olub. Millət vəkili aprelin 4-də ermənilərin atdığı artilleriya mərmisinin partlaması nəticəsində həlak olmuş kənd sakini Dadaşov Qaraş Şahmar oğlunun ailəsi ilə görüşmüş və mərhumun ailəsinə başsağlığı vermişdir. Bundan başqa Qənirə Paşayeva cəbhəyanı kəndlərdə olmuş artileriya mərmiləri nəticəsində dağılmış evlərə baxaraq sakinlərlə görüşmüşdür.