Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov cəbhəyanı kəndlərdə sakinlərlə görüşüb
06 aprel 2016 | 11:00
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov cəbhəyanı kəndlərdə sakinlərlə görüşdü, onların problemlərilə maraqlandı, məktəblərin dərsə hazırlıq vəziyyətilə yaxından tanış oldu. Sakinlərlə söhbətdə ordumuzun döyüş əzmindən, qazanılan qələbədən danışılaraq bütün bu çətinliklərə təhlükələrə baxmayaraq kənd sakinlərinin bir an belə öz evlərini tərk etmədiyini və ordumuzla həmrəylik nümayiş etdirdiyini bildirilib.